Elnur Hüseynov Budapeştdə fanatları ilə görüşüb

Elnur Hüseynov Budapeştdə fanatları ilə görüşüb O, aprelin 24-də isə Moskvada daha bir tədbirə qatılacaq
Şou-biznes
14 Aprel , 2015 17:20
Elnur Hüseynov Budapeştdə fanatları ilə görüşüb

Bakı. 14 aprel. REPORT.AZ/ Budapeştdə olan Elnur Hüseynov oradakı fanları ilə görüşüb. İTV-dən “Report”a verilən məlumata görə, Azərbaycan təmsilçisi ölkənin ictimai televiziyasında bir neçə televiziya proqramının qonağı olub. O, Macarıstanı bu il Avropanın nüfuzlu mahnı yarışında təmsil edəcək Boqqi ilə eyni səhnəni paylaşıb. Elnur “Hour of the vvolf” adlı balladasını səsləndirib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi tanıtım turu çərçivəsində Riqada müsabiqə öncəsi təşkil edilən konsertdə çıxış edib. Onunla eyni səhnəni Latviya, Gürcüstan, Böyük Britaniya, İsveçrə, Polşa, Litva təmsilçiləri bölüşüb.

E.Hüseynovun tanıtım turu çərçivəsində növbəti dayanacaqları Amsterdam, Moskva şəhərləri olacaq. O, aprelin 18-də builki "Eurovision" şousunun 20 iştirakçısı ilə birlikdə Niderlandda hər il keçirilən ənənəvi “Eurovision in Consert” partisində çıxış edəcək. Aprelin 24-də isə Rusiyanın paytaxtında müsabiqə öncəsi daha bir tədbirə qatılacaq. Müsahibəsində böyük "Eurovision" ailəsinə qayıtmaqdan məmnunluğunu bildirən E.Hüseynov bu il Avstriyanın paytaxtında keçiriləcək 60-cı "Eurovision" Mahnı Müsabiqəsinin ikinci yarımfinalında səhnəyə çıxacaq. O, 11-ci çıxış edəcək.

Müsabiqənin ikinci yarımfinalı mayın 21-də, finalı isə 23-də olacaq.

Son xəbərlər

Orphus sistemi