Əfsanəvi müğənni Frenk Sinatranın oğlu vəfat edib

Əfsanəvi müğənni Frenk Sinatranın oğlu vəfat edib Oğul Frenk Sinatranın ölümünə səbəb ürək xəstəliyi olub
Şou-biznes
17 Mart , 2016 09:47
Əfsanəvi müğənni Frenk Sinatranın oğlu vəfat edib

Bakı. 17 mart. REPORT.AZ/ Məşhur aktyor və müğənni Frenk Sinatranın oğlu vəfat edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, əfsanəvi müğənninin oğlu 73 yaşında Florida ştatında dünyasını dəyişib.

Atasının adını dayışan oğul Frenk Sinatranın ölümünə səbəb ürəyində yaranan problem olub.

Atasının sənət yolunu davam etdirən oğul Frenk Sinatranın adı tanınmış müğənnilərlə qoşa çəkilib.

Ötən il ABŞ-da əfsanəvi Frenk Sinatranın 100 illik yubileyi qeyd edilib və yubiley tədbirlərində oğul F.Sinatranın çıxışı tamaşaçıların xüsusi rəğbətini qazanıb.

Son xəbərlər

Orphus sistemi