Əfsanəvi caz ifaçısı Bakıya gəlir

Əfsanəvi caz ifaçısı Bakıya gəlir "Qremmi" mükafatı laureatının konserti Heydər Əliyev Sarayında keçiriləcək
Şou-biznes
29 Noyabr , 2014 17:44
Əfsanəvi caz ifaçısı Bakıya gəlir

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakıdakı Heydər Əliyev Sarayında caz musiqisinin əfsanəsi, amerikalı caz müğənnisi və dirijoru, on qat “Qremmi” mükafatı laureatı Bobby McFerrin və qrupunun konserti keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Heydər Əliyev Sarayının mətbuat xidməti məlumat yayıb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək konsert 2015-ci il fevralın 28-də olacaq.

Qeyd edək ki, Bobby McFerrin Manhattanda (Nyu York), opera müğənnisi Robert McFerrin və müğənni Sarah Cooperin ailəsində anadan olub. Uşaqlıqdan musiqini sevən B.McFerrin ilk olaraq klarnet, sonradan fortepianoda ifa etməyi öyrənməyə başlayıb. Vokalçı kimi 1977-ci ildə debüt edib və növbəti ildən "Astral Project" kollektivində oxumağa başlayıb.

Musiqiçinin həyatında komediyaçı Bill Cosby ilə tanışlıq mühüm rol oynayıb. Hansı ki, 1980-ci ildə Playboy Caz Festivalında onun vokal debütunu təşkil edib. Musiqiçinin ilk albomu 1982-ci ildə çıxıb. Onun 1984-cü ildə çıxan növbəti albomu ("The Voice") heç bir musiqi aləti olmadan yazılan ilk caz albomu olub. B.McFerrin 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə “Qremmi” mükafatına layiq görülmüş "Don't Worry, Be Happy" mahnısı ilə dünya şöhrəti qazanıb.

Konsert saat 20.00-də başlanacaq. Konsertin biletləri 29-220 manatdan satışa çıxarılıb.

Son xəbərlər

Orphus sistemi