Dünyanın ən çox qazanan məşhurlarının adları açıqlanıb

Dünyanın ən çox qazanan məşhurlarının adları açıqlanıb "Forbes" dünyanın ən yüksək ödənişli ulduzlarının reytinqini nəşr edib
Şou-biznes
12 İyul , 2016 11:15
Dünyanın ən çox qazanan məşhurlarının adları açıqlanıb

Bakı. 12 iyul. REPORT.AZ/ Amerikalı müğənni Teylor Svift "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən yüksək ödənişli ulduzlarının reytinqinə başçılıq edib.

"Report" xəbər verir ki, nəşr onun son 1 ildəki gəlirini 170 milyon dollar məbləğində qiymətləndirib.

İkinci yerdə analoji dövrdə 110 milyon dollar gəlir əldə edən "One Direction" qrupu qərarlaşıb. İlk "üçlüy"ü isə 95 milyon dollarlıq gəlirlə yazıçı Ceyms Patterson qabaqlayıb.

Dördüncü yeri "Real Madrid" klubunun və yenicə Avropa çempionu olmuş Portuqaliya yığma komandasının futbolçusu Kriştianu Ronaldu ilə psixoloq Fil Makqrou bölüşüb. "Forbes"in hesablamasına görə, hər iki şəxs son ildə 88 milyon dollar gəlir əldə edib. Onlardan savayı, ən gəlirli məşhurlardan ibarət "top-10"a teleaparıcı Hovard Stern (85), futbolçu Lionel Messi (81,5), müğənni Adel (80,5) də düşüb.

Son xəbərlər

Orphus sistemi