Demet Akalın Azərbaycana gəlməkdən imtina edib

Demet Akalın Azərbaycana gəlməkdən imtina edib Müğənni 400 min lirəlik təklifi niyə geri çevirib?
Şou-biznes
27 Dekabr , 2014 16:20
Demet Akalın Azərbaycana gəlməkdən imtina edib

Bakı. 27 dekabr. REPORT.AZ/ Tanınmış türk müğənnisi Demet Akalın yeni il gecəsində Azərbaycanda çıxış etməkdən imtina edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı iş adamı tərəfindən müğənniyə yeni il gecəsində çıxış etmək üçün 400 min lirə pul təklif edilib. D.Akalın "qızımı yol tutur" deyərək, uzaq yola çıxmaq istəmədiyini bildirib.

D.Akalın 11 aylıq qızı Hiranı çox sevdiyini və onun üçün bütün təklifləri geri çevirdiyini deyib: "Yeni il gecəsində təkcə İstanbulda səhnəyə çıxacağam. Uzaq yerlərə getmək istəmirəm. Qızımdan ayrı qala bilmirəm, onu özümlə aparanda isə gözə gəlməsindən çox qorxuram. Bəd nəzərə inanan adamam. Ona görə də qızımla birlikdə olmağı istəyirəm".

Son xəbərlər

Orphus sistemi