"CinemaPlus"da "Tək olmağın qaydaları" komediya filminin nümayişi olub - VİDEO

"CinemaPlus"da "Tək olmağın qaydaları" komediya filminin nümayişi olub - VİDEO Filmdə baş rolları Dakota Conson, Rebel Uilson, Elison Bri və Lesli Mann oynayıb
Şou-biznes
12 Fevral , 2016 17:29
CinemaPlusda Tək olmağın qaydaları komediya filminin nümayişi olub - VİDEO

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da 14 fevral günü ərəfəsində "Tək olmağın qaydaları" adlı yeni komediyanın nümayişinə başlanılıb. "Report" xəbər verir ki, Kristian Ditterdinin rejissoru olduğu filmdə baş rolları Dakota Conson, Rebel Uilson, Elison Bri və Lesli Mann oynayıb.

Filmin mövzusu belədir: "Nyu-York planetin ən romantik şəhərlərindən biridir. Tək olub və tənhalıqla kifayətlənmək və ya küçələrdə öz sevgini axtarmaq. Nyu-Yorkda tənha ürəklər çox olur, hansılar ki, bir gecəlik, romantik həftə sonu və ya hətta ciddi münasibət üçün tanış olmaq istəyirlər. Elis, Robin, Lyusi, Meq, Tom, Devid - bunların hamısını bir səy birləşdirir - daima dəyişən dünyada necə yaşamaq harada ki, sevgi anlayışı əhvaldan və istəkdən asılıdır. Şən vaxt keçirmək üçün heç vaxt yatmayan şəhərdə yatmaq olmaz.

Qeyd edək ki, "Azadlıq" prospekti,45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və dekabr ayından "CinemaPlus" adlanır.        

Son xəbərlər

Orphus sistemi