"CinemaPlus"da daha bir romantik komediya nümayiş olunur - VİDEO

"CinemaPlus"da daha bir romantik komediya nümayiş olunur - VİDEO Rollarda Natalya Medvedeva, Nikita Panfilov, Dmitriy Boqdan, Qarik Xarlamov və Nikita Ciqurda çəkilib
Şou-biznes
5 Fevral , 2016 17:29
CinemaPlusda daha bir romantik komediya nümayiş olunur - VİDEO

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da "30 görüş" romantik komediyasının nümayişinə başlanılıb. "Report" xəbər verir ki, ekran əsərinin rejissoru Tatyana Kapitandır. 

Rollarda Natalya Medvedeva, Nikita Panfilov, Dmitriy Boqdan, Qarik Xarlamov və Nikita Ciqurda çəkilib.

Filmin süjet xəttinə əsasən şəxsi həyatını qurmaq məqsədilə baş qəhrəman ay ərzində hər gün tanış olmadığı şəxslərlə görüşmək qərarına gəlir. Hadisələr də məhz bundan sonra baş verir.

Qeyd edək ki, "Azadlıq" prospekti,45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və dekabr ayından "CinemaPlus" adlanır. 

Son xəbərlər

Orphus sistemi