Cavan Zeynallı “Retro Bakı” layihəsində çıxış edəcək

Cavan Zeynallı “Retro Bakı” layihəsində çıxış edəcək Konsert proqramı iyulun 23-24-də Fəvvarələr Meydanında olacaq
Şou-biznes
22 İyul , 2016 18:12
Cavan Zeynallı “Retro Bakı” layihəsində çıxış edəcək

Bakı. 22 iyul. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri iyulun 23-24-də Fəvvarələr Meydanında olacaq. 

Bu barədə "Report"a idarədən məlumat verilib.

Bu həftə konsertdə tanınmış cazmen, əməkdar incəsənət xadimi Cavan Zeynallı, həmçinin, müğənnilər Nəzakət Məmmədova, Tural Mehri, Nigar Süleymanova, Mehman Tağıyev, “Odlar Yurdu” qrupu çıxış edəcək. 

Son xəbərlər

Orphus sistemi