“Baku Fashion Nights 2015” moda gecəsi olacaq

“Baku Fashion Nights 2015” moda gecəsi olacaq Üç gün davam edəcək tədbirdə Türkiyədən gəlmiş qonaqlar da iştirak edəcək
Şou-biznes
12 Mart , 2015 20:50
“Baku Fashion Nights 2015” moda gecəsi olacaq

Bakı. 12 mart. REPORT.AZ/ Martın 13-dən başlayaraq Bakıda “Baku Fashion Nights 2015” tədbiri keçiriləcək.

"Report" xəbər verir ki, tədbirin ilk günü əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası dəb azarkeşlərinin zövqünü oxşayacaq. Möhtəşəm dəfilənin ardından podiumda yerli dizayner və modelyerlərin 2015 yaz-yay kolleksiyasından seçilmiş nümunələr nümayiş olunacaq.

“Fashion Couture by Ulker Huseynova” Moda Evinin eleqant kolleksiyası,“Beauttech” salonlar şəbəkəsindən Elnarə Əhmədovanın təqdimatında 2015 dəb tendensiyasına uyğun saç düzümü şousu qonaqlara unudulmaz anlar yaşadacaq. Tədbirin irəliləyən saatlarında səhnə alacaq digər gənc və istedadlı modelyer Günay Mirzə iştirakçıları yaz-yay moda trendləri ilə qarşılayacaq.

Martın 14-də modelyer, sənətşunaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova podiumda yer alacaq və ən yeni kolleksiyası ilə qonaqları salamlayacaq.

Tədbirin davamında nümayişi maraqlı və rəngarəng kolleksiyaları ilə zənginləşdirən“ La Couture Baku” Xavər Məmmədova, “Hokuma by Hokuma Hajıyeva” və “Magura by Gulshan Ibrahimova” Moda Evləri olacaq.

Türk modasının canlı korifeylərindən, əfsanəvi modelyer Yıldırım Mayruk, layiqli köməkçi və davamçısı Barbaros Şansal “Baku Fashion Nights 2015”in fəxri qonağıdır.

Martın 15-də vida dəfiləsini azərbaycanlı heyranlarına sərgiləyəcək Yıldırım Mayruk “Pert-a-Porter ” konseptli kolleksiyasını təqdim edəcək.

Kolleksiyanın ən görkəmli parçaları Türkiyədə yaşayan həmyerlimiz, model Günay Musayevaya həvalə olunub. Yıldırım Mayruk gecəyə təşrif buyuran qonaqları xoş sürpizlər gözlədiyini bildirib.

Qeyd edək ki, tədbirlər axşam saat 20.00-də “Excelsior Hotel Baku” otelində keçirləcək.

Son xəbərlər

Orphus sistemi