"Sümbül ağa": "Bakını, Azərbaycan tamaşaçılarını çox sevirəm"

"Sümbül ağa": "Bakını, Azərbaycan tamaşaçılarını çox sevirəm" "Aşk sana benzer" adlı filmin qalası maraqlı görüntülərlə yadda qalıb
Şou-biznes
30 Yanvar , 2015 15:05
Sümbül ağa: Bakını, Azərbaycan tamaşaçılarını çox sevirəm

Bakı. 30 yanvar. REPORT.AZ/ Türkiyə rejissoru A.Taner Elhanın ekranlaşdırdığı "Aşk sana benzer" adlı filmin qalası maraqlı görüntülərlə yadda qalıb.

"Report" xəbər verir ki, "Nizami" Kino Mərkəzində filmin qalası 3 aktyorun iştirakı ilə baş tutub.

"Möhtəşəm yüz il” serialının “Malkoçoglu Bali bəy”i (Burak Özçivit) və “Sünbül ağa"sı (Selim Bayraktar), həmçinin cazibədar Fahriye Evcen “Aşk sana benzer” filminin qala gecəsində iştirak ediblər.

Filmin nümayişindən əvvəl gənc fanatların izdihamı arasından çətinliklə keçib zala daxil olan 3 aktyor və onları müşayiət edən filmin rejissoru Taner Elhan tamaşaçılarla bərabər filmi izləyiblər. "Aşk sana benzer" lirik-sentimental, melodrama janrında çəkilmiş eşq filmidir. Filmin qəhrəmanı kiçik qəsəbədə yaşayan balıqçı Əli və həmin qəsəbəyə keçmişindən qaçaraq gələn Dənizdir. Dəniz və Əlinin sevgi macərasından bəhs edən filmdə mənfi qəhrəman Səlim Bayrakdarın gəlişi ilə hadisələrin axını dəyişir. Sonu ölümlə bitən filmin zəif süjet xəttinin olmasına baxmayaraq, hər iki aktyorun ifası "Aşk sana benzer"i baxımlı edir.

Filmin nümayişindən sonra mətbuat nümayəndələri üçün konfrans təşkil edilib.

Mətbuat konfransında məlum olub ki, filmin ssenarisini Ceylan Güzelcenin yazdığı deyilsə də, ideya müəllifi Burak Özçivit imiş. Bu barədə jurnalistlərə açıqlama verən aktyor "Çalıquşu" serialı bitəndən sonra Fahriyə Evcenlə filmdə çəkilmək arzusunun olduğunu və məhz bu səbəbdən də ssenarinin ərsəyə gəldiyini deyib.

Gecənin ən maraqlı açıqlamasını hər kəsin "Sümbül ağa" kimi tanıdığı aktyor Selim Bayraktar edib. Azərbaycan türkcəsində rahat danışan Selim Bayraktar bunun səbəbini milliyyətcə türkmən olması ilə izah edib. Əslən Kərkük türkmənlərindən olan aktyor Bakını, Azərbaycan tamaşaçılarını çox sevdiyini də dilə gətirib.

Son xəbərlər

Orphus sistemi