Bakıda stil məsləhətçisi olmaq istəyən xanımlar üçün seminar keçiriləcək

Bakıda stil məsləhətçisi olmaq istəyən xanımlar üçün seminar keçiriləcək İyunun 27-28-29-da keçiriləcək seminar Holiday İnn Baku hotelində baş tutacaq
Şou-biznes
13 İyun , 2016 19:36
Bakıda stil məsləhətçisi olmaq istəyən xanımlar üçün seminar keçiriləcək

Bakı. 13 iyun. REPORT.AZ/ Bakıda ilk dəfə zövqlü geyinən, stil məsləhətçisi kimi fəaliyyət göstərmək istəyən xanımlar üçün “Stil məsləhətçisi” seminarı təşkil olunacaq.

“Report”un xəbərinə görə, seminar “Foxy onlayn” qadın jurnalının dəstəyi və məşhur bloger, "Caspian Vogue" bloqunun yazarı, İstanbul Dəb Həftələrinin iştirakçısı, İstanbul Moda Akademiyasında "Stil Danışmanlığı" kurslarında iştirak edən Aynur Güzel tərəfindən keçiriləcək.

İyunun 27-28-29-da keçiriləcək seminar Holiday İnn Baku hotelində baş tutacaq. Üç gün davam edəcək seminarın gündəliyinə stil məsləhətçisi olmaq istəyənlər üçün ilkin təlim, bədən tipinə və rəngə görə (dəri) geyim seçimi, kapsul qarderob daxildir.

Biletin qiyməti 150 AZN təşkil edir.

Qeyd edək ki, sonda iştirakçılara diplomlar təqdim ediləcək. Sponsorlar tərəfindən təqdim ediləcək hədiyyələr isə biletin qiyməti dəyərindədir.

Əlaqə nömrəsi: (+994 55) 628 36 66

Son xəbərlər

Orphus sistemi