​Azərbaycan təmsilçisi “Eurovision-2015”in finalında çıxış edib

​Azərbaycan təmsilçisi “Eurovision-2015”in finalında çıxış edib Elnur Hüseynov səhnəyə 21-ci çıxıb
Şou-biznes
24 May , 2015 02:00
​Azərbaycan təmsilçisi “Eurovision-2015”in finalında çıxış edib

Bakı. 24 may. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyana şəhərində “Eurovision-2015” mahnı müsabiqəsinin final mərhələsi keçirilir.

“Report” xəbər verir ki, Azərbaycanı yarışda təmsil edən Elnur Hüseynov səhnəyə 24-cü iştirakçı qismində çıxaraq öz "Wolf Hour" ("Canavar saatı") mahnısını ifa edib.

"Eurovision" müsabiqəsinin finalında çıxış edən iştirakçıların səhnə ardıcıllığı belədir: Sloveniya, Fransa, İsrail, Estoniya, Böyük Britaniya, Ermənistan, Litva, Serbiya, Norveç, İsveç, Kipr, Avstraliya, Belçika, Avstriya, Yunanıstan, Monteneqro, Almaniya, Polşa, Latviya, Rumıniya, İspaniya, Macarıstan, Gürcüstan, Azərbaycan, Rusiya, Albaniya və İtaliya.

Bütün iştirakçıların çıxışından sonra səsvermə keçiriləcək və qalib müəyyən ediləcək.

Son xəbərlər

Orphus sistemi