"Eurovision-2015" iştirakçı ölkələrinin adları açıqlanıb

"Eurovision-2015" iştirakçı ölkələrinin adları açıqlanıb Gələn il müsabiqədə 39 ölkə iştirak edəcək
Şou-biznes
23 Dekabr , 2014 17:32
Eurovision-2015 iştirakçı ölkələrinin adları açıqlanıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Avropa Yayımları Birliyi (AYB) Avstriyada keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsində iştirak edən ölkələrin yekun siyahısını açıqlayıb.

"Report" AYB-nin saytına istinadən xəbər verir ki, müsabiqədə 39 ölkə iştirak edəcək, bu da 2014-cü illə müqayisədə 2 ölkə çoxdur. Müsabiqəyə qayıdan ölkələr sırasında Kipr, Çexiya və Serbiyanı göstərmək olar, Ukrayna isə ölkədəki vəziyyətlə bağlı iştirakdan imtina edib. Türkiyə və Bosniya və Herseqovina həmçinin müsabiqədə iştirakdan imtina ediblər.

Yanvarın 26-da Vyanada püşkatma keçiriləcək, onun nəticəsində hansı ölkələrin birinci və ikinci yarımfinala düşəcəyi məlum olacaq. 

Qeyd edək ki, 16 ölkənin iştirak edəcəyi müsabiqənin I yarımfinalı mayın 19-da, II yarımfinal isə mayın 21-də keçiriləcək. Müsabiqənin finalı mayın 23-də baş tutacaq. 

"Böyük beşlik" ölkələri olan Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya, eləcə də müsabiqəyə ev sahibliyi edən Avstriya finala avtomatik olaraq daxil olacaq. Müsabiqə "Wiener Stadthalle" səhnəsində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi