Amerikanın tanınmış bəstəkarı vəfat edib

Amerikanın tanınmış bəstəkarı vəfat edib Robert Vassermanın ölümünə xərçəng xəstəliyi səbəb olub
Şou-biznes
1 İyul , 2016 12:43
Amerikanın tanınmış bəstəkarı vəfat edib

Bakı. 1 iyul. REPORT.AZ/ Amerikanın tanınmış bəstəkarı və bas-gitara ifaçısı Robert Vasserman 64 yaşında vəfat edib.

"Report" xəbər verir ki, musiqiçi onkoloji xəstəlikdən dünyasını dəyişib.

San-Fransisko Konservatoriyasında peşəkar musiqi təhsili alan R.Vasserman klassik skripka və kontrabas ifaçısı olub. Dostu Bob Veyerlə birlikdə çalışan R.Vassermanın şöhrəti Rat Dog qrupunda çalışdıqdan sonra daha da artıb.

Qremmi Musiqi Mükafatının sahibi olan tanınmış bəstəkar və bas-gitara ifaçısı müxtəlif beynəlxalq müsabiqələrdə dəfələrlə birincilik əldə edib. 

Son xəbərlər

Orphus sistemi