Amerikanın məşhur rep qrupunun yaradıcısı vəfat edib

Amerikanın məşhur rep qrupunun yaradıcısı vəfat edib Beastie Boys qrupunun yaradıcısı Con Berri 52 yaşında dünyasını dəyişib
Şou-biznes
20 May , 2016 10:00
Amerikanın məşhur rep qrupunun yaradıcısı vəfat edib

Bakı. 20 may. REPORT.AZ/ ABŞ-ın tanınmış musiqiçisi, Beastie Boys rep qrupunun yaradıcısı Con Berri vəfat edib.

"Report" xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra, 52 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1979-cu ildə gələcəyin məşhur qrupunu yaradan Con Berri 3 dəfə nüfuzlu "Qremmi" musiqi mükafatını qazanıb.

Onun yaratdığı qrup başqalarından bir çox xüsusiyyətlərinə görə fərqlənib. 1980-1990-cı illərdə  Beastie Boys qrupu çox populyar olub. Qrupun ifasında səslənən musiqilər hit-paradlarda liderlik edib.

Son xəbərlər

Orphus sistemi