​Zakir Qaralov vətəndaşları qəbul edəcək

​Zakir Qaralov vətəndaşları qəbul edəcək Qəbul Goranboy rayon prokurorluğunun inzibati binasında baş tutacaq
Sosial müdafiə
18 May , 2015 12:42
​Zakir Qaralov vətəndaşları qəbul edəcək

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov mayın 22-də Goranboy rayon prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Goranboy, Samux, Daşkəsən, Göygöl, Xocalı və Kəlbəcər rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Goranboy şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Qeyd edək ki, qəbul saat 11:00-da başlayır.

Son xəbərlər

Orphus sistemi