​Zakir Qaralov vətəndaşları online rejimində qəbul edib

​Zakir Qaralov vətəndaşları online rejimində qəbul edib Qəbulda 20-yə yaxın vətəndaşın şikayəti dinlənilib
Sosial müdafiə
15 May , 2015 16:48
​Zakir Qaralov vətəndaşları online rejimində qəbul edib

Bakı. 15 may. REPORT.AZ/ Bu gün baş prokuror Zakir Qaralov Baş Prokurorluğun inzibati binasında Quba rayon prokurorluğu ilə canlı bağlantı vasitəsilə Quba, Qusar və Xaçmaz rayon sakinlərinin müvafiq tabe rayon prokurorlarının iştirakı ilə qəbulunu keçirib. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluğun məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda 20-yə yaxın vətəndaşın şikayəti dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nəzarətə götürülməklə, həmin şikayətlər üzrə qəbul olunmuş qərarların qanuniliyinin yoxlanılması, bu məqsədlə yoxlama materialları və cinayət işlərinin Baş Prokurorluqda öyrənilməsi, habelə bəzi şikayətlərin müraciət müəlliflərinin iştirakı ilə müzakirə edilərək qanunauyğun və operativ şəkildə həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə və tabe rayon prokurorlarına konkret göstərişlər verilib.

Son xəbərlər

Orphus sistemi