Zakir Qaralov vətəndaşları on-line rejimdə qəbul edəcək

Zakir Qaralov vətəndaşları on-line rejimdə qəbul edəcək Qəbul üç rayonun əhalisini əhatə edir
Sosial müdafiə
7 May , 2015 17:18
Zakir Qaralov vətəndaşları on-line rejimdə qəbul edəcək

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov mayın 15-də saat 10:00-da canlı bağlantı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların Quba rayon prokurorluğunun inzibati binasında videokonfrans rejimində qəbulunu keçirəcək. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar mayın 14-dək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yalnız prokurorluq orqanlarının səlahiyyətlərinə aid məsələlərlə əlaqədar yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi