“Yol hərəkəti haqqında” qanunda dəyişiklik təsdiqlənib

“Yol hərəkəti haqqında” qanunda dəyişiklik təsdiqlənib Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Sosial müdafiə
20 May , 2015 17:57
“Yol hərəkəti haqqında” qanunda dəyişiklik təsdiqlənib

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1261-IVQD nömrəli qanununun tətbiqi haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Prezident aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, “Yol hərəkəti haqqında” qanunun 9-1-ci maddəsinin I hissəsinin ikinci cümləsinə və IV hissəsinə uyğun olaraq piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan halları altı ay müddətində müəyyən etməli və bu barədə dövlət başçısına məlumat verməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib dövlət başçısına məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat verməli, həmçinin həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir. 

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Eyni zamanda, “Yol hərəkəti haqqında” qanunun 9-1-ci maddəsinin I hissəsinin ikinci cümləsində və IV hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabinetinin həyata keçirdiyi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi