Yevlax və Bərdədə müharibə əlilləri və şəhid ailələrinə fərdi yaşayış evləri verilib

Yevlax və Bərdədə müharibə əlilləri və şəhid ailələrinə fərdi yaşayış evləri verilib Hazırda 52 rayonda 375 fərdi evin tikintisi işləri aparılıb
Sosial müdafiə
6 Oktyabr , 2015 15:04
Yevlax və Bərdədə müharibə əlilləri və şəhid ailələrinə fərdi yaşayış evləri verilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11-i Yevlax rayonunda, 5-i isə Bərdə rayonunda olmaqla, daha 16 fərdi yaşayış evinin açarlarını müharibə əlilləri və şəhid ailələrinə təqdim edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, son iki gündə Azərbaycanın bölgələrində tikintisi aparılan evlərdən inşası başa çatan 40 fərdi ev qeyd olunan kateqoriyalardan olan şəxslərin istifadəsinə verilib.

Evlərin təqdim olunması tədbirlərində nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, əlil ictimai birliklərinin və həmin rayonların yerli ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu ilin iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilib, hazırda İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası inşa etdirilir. 52 rayonda isə 375 fərdi evin tikintisi işləri aparılıb və onlardan inşası yekunlaşan evlər istifadəyə verilir. Həmçinin hazır binalardan müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin alınması işləri görülür ki, onlar təmir edildikdən sonra istifadəyə veriləcək. 

Son xəbərlər

Orphus sistemi