​"Yeni il" bayramı ilə əlaqədar olaraq bulvar ərazisində 10 ədəd şam ağacı bəzədiləcək

​"Yeni il" bayramı ilə əlaqədar olaraq bulvar ərazisində 10 ədəd şam ağacı bəzədiləcək Artıq milli parkda işlərə start verilib
Sosial müdafiə
14 Dekabr , 2015 12:36
​Yeni il bayramı ilə əlaqədar olaraq bulvar ərazisində 10 ədəd şam ağacı bəzədiləcək

Bakı. 14 dekabr. REPORT.AZ/ Dənizkənarı Milli Park ərazisində "Yeni il" bayramı ilə əlaqədar olaraq bəzədilmə işlərinə başlanılıb.

Bu barədə "Report"a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

O bildirib ki, ilk olaraq "Neftçilər" prospekti boyunca ağacların üzərində rəngli işıqlar quraşdırılır, "işıq çələngi" yaradılır.

N.Məcidov onu da bildirib ki, bulvar ərazisində 10 ədəd şam ağacı bəzədiləcək.

Hər "yolka" ağacının yanında isə lisenziya almış bir nəfər "Şaxta baba" və "Qar qız" fəaliyyət göstərəcək.

Şam ağaclarının bəzədilməsinə dekabrın 20-dən başlanılacaq.

Şam ağacları, digər dekorasiyalar bulvar ərazsində yanvarın 5-dək saxlanılacaq.  

Son xəbərlər

Orphus sistemi