Yanan binanın sakinlərindən Səyyar "ASAN xidmət"ə daxil olan müraciətlərin sayı açıqlanıb

Yanan binanın sakinlərindən Səyyar "ASAN xidmət"ə daxil olan müraciətlərin sayı açıqlanıb Xidmət FHN-in yaratdığı qərargahın yanında səyyar avtomobillər və iritutumlu avtobus vasitəsilə həyata keçirilir
Sosial müdafiə
27 May , 2015 09:03
Yanan binanın sakinlərindən Səyyar ASAN xidmətə daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı. 26 may. REPORT.AZ/ Binəqədidə yanan binanın sakinlərindən Səyyar "ASAN xidmət"ə 182 müraciət daxil olub. Bu barədə "Report"a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdir müavini Anar Hüseynov məlumat verib. 

O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Binəqədi rayonu ərazisində yanğın baş verən çoxmərtəbəli binada sənədləri yanan və ya korlanan sakinlərə Səyyar "ASAN xidmət" vasitəsilə xidmət göstərilir: "Mayın 22-dən 25-nə kimi  müxtəlif xarakterli 182 müraciət qeydə alınıb".

A.Hüseynov bildirib ki, xidmətlər baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin yaratdığı qərargahın yanında səyyar avtomobillər və iritutumlu avtobus vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, səyyar şəkildə göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və digər zəruri sənədləşmələr daxildir.

Son xəbərlər

Orphus sistemi