Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə başa çatıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə başa çatıb İştirak edən 2 126 namizəddən 743-ü müsahibədən uğurla keçərək iddia etdiyi vakant vəzifəyə uyğun bilinib
Sosial müdafiə
31 Mart , 2016 20:17
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə başa çatıb

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 6, 14, 28 avqust, 11, 18 sentyabr, 1, 28 oktyabr və 3 noyabr tarixlərdə 114 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1 270 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb.

Bu barədə "Report"a Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 14 862 namizəd qeydə alınıb. Namizədlərdən 5 413 nəfəri (36.42%) test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 861-i qadın namizəd olmaqla 2685 nəfəri müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin təxminən 79.70%-ni gənc namizədlər təşkil edib. Hər bir namizədə test imtahanını bitirdiyi an (dərhal) nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Müsabiqənin müsahibə mərhələsi 14 oktyabr 2015-ci il tarixdə başlayıb. Test imtahanı mərhələsindən uğurla keçən 2 685 namizəddən 352 nəfəri müsahibə mərhələsində iştirak etmə hüququndan istifadə etməyib. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçən 2333 namizəddən 207 nəfəri müsahibədə iştirak etməyib. Müsahibədə iştirak edən 2126 namizəddən 743-ü müsahibədən uğurla keçərək iddia etdiyi vakant vəzifəyə uyğun bilinib.

Müsahibədən uğurla keçən şəxslərin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə iddia etdikləri vakant vəzifənin mövcud olduğu dövlət orqanlarına göndərilib. 

Son xəbərlər

Orphus sistemi