Səlim Müslümov: "Növbəti ildən ünvanlı sosial yardımın forması dəyişdiriləcək"

Səlim Müslümov: "Növbəti ildən ünvanlı sosial yardımın forması dəyişdiriləcək" Ünvanlı sosial yardımda sabit hüquq forması yaradılacaq
Sosial müdafiə
18 Dekabr , 2015 14:16
Səlim Müslümov: Növbəti ildən ünvanlı sosial yardımın forması dəyişdiriləcək

Bakı. 18 dekabr. REPORT.AZ/ "Növbəti ildən Azərbaycanda ünvanlı sosial yardımın verilməsi forması dəyişdiriləcək". "Report"un xəbərinə görə, Əmək və Əhalinin Sosial Mudafiəsi (ƏƏSMN) naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

S.Müslümov bildirib ki, artıq Bakının iki rayonunda ilk dəfə ünvanlı yardım masaları hazırlanıb: "Hazırda bu proseslərin avtomatlaşdırılması üçün müvafiq proqram təminatı hazırlanıb. Həmin proqram vasitəsi ilə avtomatlaşdırılmış şəkildə müraciətlərin qəbul olunması və müraciətlərə cavab verilmə məsələləri yerinə yetiriləcək. Bu prosesə biz növbəti ildə start verəcəyik. Bununla ünvanlı sosial yardımda sabit hüquq forması yaradılacaq". 

Son xəbərlər

Orphus sistemi