Ümumvətəndaş pasportları qeydiyyat məhdudiyyəti olmadan "ASAN xidmət"də veriləcək

Ümumvətəndaş pasportları qeydiyyat məhdudiyyəti olmadan "ASAN xidmət"də veriləcək Vətəndaşlar "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər barədə məlumatı 108 Çağrı mərkəziindən öyrənə bilərlər
Sosial müdafiə
3 Noyabr , 2015 10:36
Ümumvətəndaş pasportları qeydiyyat məhdudiyyəti olmadan ASAN xidmətdə veriləcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gündən etibarən Azərbaycan vətəndaşları ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan istənilən "ASAN xidmət" mərkəzinə müraciət edərək ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər. Bu barədə "Report"a Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Məlumata görə, vətəndaşlar "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər barədə məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.az internet və sosial şəbəkələrdəki rəsmi səhifələrdən əldə edə bilərlər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi