Tovuzda Qarabağ əlillərinə yeni mənzillər verilib - FOTO

Tovuzda Qarabağ əlillərinə yeni mənzillər verilib - FOTO ​Mənzillər müasir istlik sistemləri, qaz və elektirik xəttləri ilə təmin olunub
Sosial müdafiə
15 İyun , 2016 17:01
Tovuzda Qarabağ əlillərinə yeni mənzillər verilib - FOTO

Tovuz. 15 iyun. REPORT.AZ/ Tovuz rayonunda Qarabağ əlililərinə yeni mənzillər verilib. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Aşağı Quşçu kəndində Qarabağ əlilləri Tahir Həsənov, Habil İsgəndərov və  Aşağı Öysüzlü kəndində Fazil Hacıyevə yeni evlərin açarları təqdim edilib. Müasir standantdartlara cavab verən fərdi evlər 3 otaq, mətbəx və eyvandan ibarətdir.
Mənzillər müasir istlik sistemləri, qaz və elektirik xəttləri ilə təmin olunub.

Yeni mənzillərin təqdimetmə mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Natiq Əzizov Tovuzda daha 3 mənzilin tikintisnin tamamlanmaq üzrə olduğunu diqqətə çatdırıb. 

O qeyd edib ki, ilin sonuna qədər 3 Qarabağ əlili üçün fərdi evlərin tikintisinə başlanılacaq.

Son xəbərlər

Orphus sistemi