Təkrar əlillik müayinəsi aparılan şəxslərdən 1627 nəfəri tam reabilitasiya olunub

Təkrar əlillik müayinəsi aparılan şəxslərdən 1627 nəfəri tam reabilitasiya olunub 185 nəfər xaricə bərpa-müalicəsinə göndəriləcək
Sosial müdafiə
20 Aprel , 2015 13:29
Təkrar əlillik müayinəsi aparılan şəxslərdən 1627 nəfəri tam reabilitasiya olunub

Bakı. 20 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspert Komissiyalarının cari ilin yanvar-mart aylarında təkrar əlillik müayinəsi apardıqları şəxslərdən 1627 nəfəri tam, 1118 nəfər hissəvi reabilitasiya olunub. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ümumilikdə bu dövrdə tam reabilitasiya göstəricisi 3,2 fazi olmaqla, hissəvi reabilitasiya 2 faizdən 2,7 faizə yüksəlib. Hesabat dövründə ilkin olaraq sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq hesab edilən şəxslərin sayı ötən ilin ilk rübü ilə müqayisədə 1515 nəfər (44,4%) azalıb. Cari ilin birinci rübü ərzində ƏƏSMN-nin bərpa müəssisələrində 1227 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq bərpa-müalicə xidməti ilə təmin edilib, habelə bu təbəqədən olan şəxslərə 6354 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xarici ölkələrdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili işləri bu il də uğurla davam etdirilir. 2015-ci ilin birinci rübündə 28 nəfər əlilliyi olan şəxs Türkiyədə bərpa müalicəsinə yola salınıb. Bu il ərzində ƏƏSMN tərəfindən 115 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 70 nəfər sağlamlıq imkanları məhdud uşaq, ümumilikdə 185 nəfər xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndəriləcək ki, bu da ötən illə müqayisədə 20 faizədək çoxdur.

Son xəbərlər

Orphus sistemi