Tanınmış şirkətdən işdən çıxarılan Qarabağ əlili vəzifəsinə bərpa edilib

Tanınmış şirkətdən işdən çıxarılan Qarabağ əlili vəzifəsinə bərpa edilib Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) məsələyə müdaxilə edib
Sosial müdafiə
27 Aprel , 2015 12:54
Tanınmış şirkətdən işdən çıxarılan Qarabağ əlili vəzifəsinə bərpa edilib

Bakı. 27 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilinin əvvəlki işinə bərpa olunmasını təmin edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, II qrup Qarabağ müharibəsi əlili Bayramov Elxan Adığözəl oğlunun “Atena” MMC-də işlədiyi halda qeyri-qanuni olaraq işdən azad edilməsi ilə bağlı şikayət xarakterli müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən obyektiv şəkildə araşdırılıb: "Araşdırma nəticəsində Bayramov Elxan Adıgözəl oğlu ilə bağlanmış əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyi müəyyən olunub. Xidmət tərəfindən əmək qanunvericiliyinin tələblərinə uyğun tədbir görülməklə, II qrup Qarabağ müharibəsi əlilinin yenidən “Atena” MMC-də əvvəlki işinə bərpa olunması təmin edilib".

Qeyd edək ki, indiyə qədər Dövlət Əmək Müfəttişliyi Xidmətinə bir neçə dəfə bu kateqoriyadan olan şəxslər tərəfindən işdən qeyri-qanuni çıxarılma ilə bağlı müraciətlər daxil olub və bu müraciətlərə dərhal reaksiya verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə sosial cəhətdən həssas əhali qruplarına, xüsusən də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanlara və şəhid ailəsi üzvlərinə daim diqqət və həssaslıqla yanaşmağı tövsiyə edir.

“Atena” MMC Azərbaycanda süd məhsullarının istehsalı ilə məşğul olan əsas şirkətlərdən biridir. 

Son xəbərlər

Orphus sistemi