Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı artıb

Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı artıb Son beş ildə onların ümumi sayda payı 4 faizdən 5,9 faizə yüksəlib
Sosial müdafiə
26 Avqust , 2016 10:14
Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı artıb

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycanda nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alanlar arasında qadınların sayı son beş ildə 4 faizdən 5,9 faizə qədər artıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ötən il sürücülük vəsiqəsi alan 144 672 nəfərdən 8 521 nəfəri (5,9 faizi) qadınlar olub.

2010-cu ildə sürücülük vəsiqəsi alan qadınların sayı 5 650 nəfər idi.

Son beş ildə qadınlar ən çox sürücülük vəsiqəsini 2013-cü ildə əldə ediblər. Həmin il vəsiqə əldə edən qadınların sayı 11 166 nəfər olub.

Son beş ildə kişilər arasında daha çox sürücülük vəsiqəsi də 2013-cü ildə (237 231 nəfər) alınıb.

Son xəbərlər

Orphus sistemi