Bu il istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 20 nəfər ölüb

Bu il istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 20 nəfər ölüb Bədbəxt hadisələrin statistikası açıqlanıb
Sosial müdafiə
24 İyul , 2015 11:04
Bu il istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 20 nəfər ölüb

Bakı. 24 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) qeydə aldığı istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,1 faiz azalaraq 114-dən 66-a enib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

İstehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı isə 40 nəfərdən 20 nəfərədək, yəni 2 dəfə azalıb. Həmçinin, bu hadisələr nəticəsində xəsarət alanların sayı 48,8 faiz azalmaqla 46 nəfər təşkil edib. Bununla yanaşı, ötən ilin ilk 6 ayında istehsalatla əlaqəli qrup halında 16 bədbəxt hadisə baş verdiyi halda, cari ilin birinci yarımilində belə hadisə qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi