​Sosioloq: “Qız uşağını “yük” hesab edən ana öz istəyi ilə övladının həyatına son qoyur”

​Sosioloq: “Qız uşağını “yük” hesab edən ana öz istəyi ilə övladının həyatına son qoyur” “Kişilərin sayının artması həm də inkişaf edən texnologiyalarla bağlıdır”
Sosial müdafiə
23 Fevral , 2016 11:54
​Sosioloq: “Qız uşağını “yük” hesab edən ana öz istəyi ilə övladının həyatına son qoyur”

Bakı. 23 fevral. REPORT.AZ/ “Ölkədə kişilərin sayının artması problemi bir yandan cəmiyyətdəki dəyərlər, stereotip yanaşmaların təsiri ilə bağlı olsa da, digər tərəfdən inkişaf edən texnologiyalarla bağlıdır”.

Bunu “Report”a sosioloq Gülnar Nəzərova deyib.

O bildirib ki, ailələr əsasən patriarxat quruluşlu cəmiyyətlərdə qız övladların dünyaya gəlməsini istəmirlər: “Qız övladını dünyaya gətirməmək bəzən ər və onun valideynlərinin məcburiyyəti ilə baş verirsə, bəzən qız övlada qarşı cəmiyyətdəki münasibəti nəzərə alan və ya onu “yük” hesab edən ananın istəyi ilə baş verir. Belə ki, qız övladı dünyaya gələcəyini bilən qadın öz istəyi və ya ailənin məcburiyyəti ilə dünyaya gəlmədən onun həyatına son qoyur. Bu isə zamanla cəmiyyətdə gender balansının pozulmasında əsas olur”.

Qeyd edək ki, ötən il Azərbaycanda doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız olub.

Son xəbərlər

Orphus sistemi