Səlim Müslümov: "Son beş ildə ölkədə iqtisadi fəal əhalinin sayı 6.2 faiz artıb"

Səlim Müslümov: "Son beş ildə ölkədə iqtisadi fəal əhalinin sayı 6.2 faiz artıb" Muzdla işləyənlərin sayı isə 8.3 faiz artıb
Sosial müdafiə
29 Sentyabr , 2016 16:04
Səlim Müslümov: Son beş ildə ölkədə iqtisadi fəal əhalinin sayı 6.2 faiz artıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ “Son beş ildə ölkədə iqtisadi fəal əhalinin sayı 6.2 faiz artaraq 2015-ci ildə 4915.3 min nəfərə çatıb”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib.

Onun sözlərinə görə, məşğulluq imkanlarının getdikcə çoxalmasının göstəricisi kimi, həmin müddətdə məşğul əhalinin sayında artım iqtisadi fəal əhalinin say artımını üstələməklə 6.8 faiz təşkil edib: “Muzdla işləyənlərin sayı isə 8.3 faiz artıb”.

Son xəbərlər

Orphus sistemi