Son 20 ildə Naxçıvanda insanların ömrü 10 ilə yaxın uzanıb

Son 20 ildə Naxçıvanda insanların ömrü 10 ilə yaxın uzanıb Ötən il qadınlarda bu rəqəm 80,2, kişilərdə 76,2 il olub
Sosial müdafiə
30 Aprel , 2016 15:16
Son 20 ildə Naxçıvanda insanların ömrü 10 ilə yaxın uzanıb

Bakı. 30 aprel. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında dünyaya gələn insanların doğulanda gözlənilən ömürü son 20 ildə 9 ildən çox uzanıb.

"Report" Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il Naxçıvanda doğulanlar arasında gözlənilən ömür uzunluğu 78,2 il olub. 1995-ci ildə bu rəqəm 69 il təşkil edib. 

2015-ci ildə doğulanda kişilərdə gözlənilən ömür uzunluğu 76,2 il, qadınlarda 80,2 ildir.

1995-ci ildə doğulanda kişilərdə gözlənilən ömür uzunluğu 65,3 il, qadınlarda isə 72,5 il kimi qeydə alınıb.  

Son xəbərlər

Orphus sistemi