SOCAR məcburi köçkünlərə yardım edib

SOCAR məcburi köçkünlərə yardım edib Şirkət 30 min nəfərə yaxın məcburi köçkün və şəhid ailəsinə bayram sovqatı paylayıb
Sosial müdafiə
18 Noyabr , 2014 16:54
SOCAR məcburi köçkünlərə yardım edib

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) himayəyə götürdüyü məcburi köçkünlərə 9 noyabr - Dövlət Bayrağı, 12 noyabr - Konstitusiya və 17 noyabr - Milli Dirçəliş günləri münasibətilə hər il olduğu kimi bayram payı aparıb. Bu barədə "Report"a şirkətin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, himayəyə götürülmüş şəxslər Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələri və Dördyol-Mamırlı ərazisində məskunlaşmış 10 522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4 000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13 000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1 700 nəfər məcburi köçkün və şəhid ailəsidir.

Bayramlar ərəfəsində noyabrın 12-də Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış məcburi köçkünlərə 32 400 kq, Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkün və şəhid ailələrinə 13 770 kq, noyabrın 15-də isə Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələrində, Dördyol-Mamırlı ərazisində məskunlaşmış məcburi köçkünlərə 85 228 kq və Tərtər rayonunda məskunlaşmış məcburi köçkünlərə 105 300 kq ərzaq yardımı çatdırılıb. Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib.

Son xəbərlər

Orphus sistemi