Səyyar "ASAN xidmət" Mingəçevir və Salyanda vətəndaşlara xidmət göstərəcək

Səyyar "ASAN xidmət" Mingəçevir və Salyanda vətəndaşlara xidmət göstərəcək Xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir
Sosial müdafiə
11 Yanvar , 2016 11:08
Səyyar ASAN xidmət Mingəçevir və Salyanda vətəndaşlara xidmət göstərəcək

Bakı. 11 yanvar. REPORT.AZ/ Səyyar "ASAN" xidmət yanvarın 11-dən 17-dək Salyan rayonunda, fevralın 9-dək Mingəçevir şəhərində, səyyar formada vətəndaşlara xidmət göstərəcək.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"a verilən məlumata görə, xidmətlərdən Mingəçevirdə şəhər sakinləri, Salyan rayonunda Şirvan və Salyan sakinləri istifadə edə bilərlər.

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Son xəbərlər

Orphus sistemi