Səyyar "ASAN xidmət" Binə qəsəbəsində olacaq

Səyyar "ASAN xidmət" Binə qəsəbəsində olacaq Xidmətdən Bakı şəhərinin bütün sakinləri yararlana bilərlər
Sosial müdafiə
21 İyul , 2015 11:05
Səyyar ASAN xidmət Binə qəsəbəsində olacaq

Bakı. 21 iyul. REPORT.AZ/ Bakı şəhərinin sakinləri Səyyar "ASAN xidmət"dən Xəzər rayonunun Binə qəsəbəsində yararlana biləcəklər. Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumata görə, iyulun 29-dək səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Son xəbərlər

Orphus sistemi