"Səyyar ASAN xidmət" avtobuslarının hərəkət trayektoriyasını real vaxt rejimində öyrənmək mümkün olacaq

"Səyyar ASAN xidmət" avtobuslarının hərəkət trayektoriyasını real vaxt rejimində öyrənmək mümkün olacaq Vətəndaşlar "Səyyar ASAN xidmət"in xidmət göstərdiyi məntəqələr haqqında məlumat ala biləcəklər
Sosial müdafiə
22 Aprel , 2015 11:52
Səyyar ASAN xidmət avtobuslarının hərəkət trayektoriyasını real vaxt rejimində öyrənmək mümkün olacaq

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan vətəndaşları GoMap.az (www.gomap.az) saytında "Səyyar ASAN xidmət" bölməsinə daxil olmaqla rəqəmsal xəritə vasitəsilə real vaxt rejimində səyyar avtobusların hərəkət trayektoriyası, xidmət göstərdiyi məntəqələr haqqında məlumat ala biləcəklər. Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Həmçinin bu məlumatı "ASAN xidmət"in www.asan.gov.az rəsmi internet səhifəsindəki "Səyyar xidmətlər" bölməsinə daxil olmaqla da əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi