Səyyar “ASAN xidmət” 4 rayonun vətəndaşlarına xidmət göstərəcək

Səyyar “ASAN xidmət” 4 rayonun vətəndaşlarına xidmət göstərəcək Səyyar xidmət bu gündən başlayır
Sosial müdafiə
20 İyun , 2016 11:13
Səyyar “ASAN xidmət” 4 rayonun vətəndaşlarına xidmət göstərəcək

Bakı. 20 iyun. REPORT.AZ/ Səyyar “ASAN xidmət” xidmət 20 – 29 iyun Sabunçu rayonunun Balaxanı qəsəbəsində, 20 iyun – 19 iyul Qəbələdə, 20 iyun – 4 iyul Şabran və Astarada rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Bu barədə “Report”a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Səyyar şəkildə göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Son xəbərlər

Orphus sistemi