Səyyar "ASAN xidmət" 3 rayonda vətəndaşlara xidmət göstərəcək -SİYAHI

Səyyar "ASAN xidmət" 3 rayonda vətəndaşlara xidmət göstərəcək -SİYAHI Şamaxı, Şirvan və Qax sakinləri 15 gün ərzində xidmətlərdən istifadə edə biləcəklər
Sosial müdafiə
6 İyul , 2015 12:51
Səyyar ASAN xidmət 3 rayonda vətəndaşlara xidmət göstərəcək -SİYAHI

Bakı. 6 iyul. REPORT.AZ/ Səyyar "ASAN xidmət" iyulun 5-dən 19-dək Şamaxı, Şirvan və Qax rayonlarında vətəndaşlara xidmət göstərəcək. Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, bu ilin sonuna kimi Səyyar ASAN xidmət bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi