Səttar Mehbalıyev: "Bəzi iri şirkətlərin işçiləri həmkarlar təşkilatının yaradılması ilə işlərini itirəcəklərindən qorxurlar"

Səttar Mehbalıyev: "Bəzi iri şirkətlərin işçiləri həmkarlar təşkilatının yaradılması ilə işlərini itirəcəklərindən qorxurlar" "Həmkarlar təşkilatı yaratmaq istəyən şəxslərə heç bir idarə, müəssisə maneçilik törədə bilməz"
Sosial müdafiə
16 İyun , 2016 13:31
Səttar Mehbalıyev: Bəzi iri şirkətlərin işçiləri həmkarlar təşkilatının yaradılması ilə işlərini itirəcəklərindən qorxurlar

Bakı. 16 iyun. REPORT.AZ/ "Bəzi iri şirkətlərin işçiləri həmkarlar təşkilatının yaradılması ilə işlərini itirəcəklərindən qorxurlar".

"Report" xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında deyib.

Sədr bildirib ki, onlar belə olan halda konfederasiyaya müraciət edirlər: "Həmkarlar təşkilatı könüllülük prinsipi əsasında yaranır. Bu, insanların özlərindən asılıdır, insanlar nə qədər öz hüquqlarını bilirsə, onu həyata keçirməyə çalışmalıdırlar. Biz hansısa şirkətə deyə bilmərik ki, burda həmkarlar təşkilatı olmalıdır". 

S.Mehbalıyev qeyd edib ki, qanuna əsasən, həmkarlar təşkilatı yaratmaq istəyən şəxslərə heç bir idarə, müəssisə maneçilik törədə bilməz.

Son xəbərlər

Orphus sistemi