Səlim Müslümov: "Son 4 ayda ünvanlı sosial yardım üçün 93 541 müraciət daxil olub"

Səlim Müslümov: "Son 4 ayda ünvanlı sosial yardım üçün 93 541 müraciət daxil olub" "Hazırda məşğulluq mərkəzlərinə işsizliklə bağlı edilən müraciətlərin sayı artıb"
Sosial müdafiə
25 May , 2016 20:29
Səlim Müslümov: Son 4 ayda ünvanlı sosial yardım üçün 93 541 müraciət daxil olub

Bakı. 25 may. REPORT.AZ/ Fevralın 15-dən bu yana ünvanlı sosial yardım almaq üçün 93 541 ərizə-müraciət qəbul edilib və onlardan 7 790-na ünvanlı sosial yardım həyata keçirilib. "Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

Nazir digər müraciətlərə 15 iş günü ərzundə cavab veriləcəyini deyib: "Hazırda emalda olan 16 700 ərizə-bəyannamə var və onlar 15 iş günündə cavablandırılacaq. Digər müraciətlər isə bəzi nöqsanlara görə uyğunsuz hesab edilib"

S.Müslümov həmçinin qeyd edib ki, hazırda məşğulluq mərkəzlərinə işsizliklə bağlı edilən müraciətlərin sayı artıb: "İşsizliyə görə müraciətlər 2 dəfədən çox artıb. Bilirsiniz ki, hər il 3 minə qədər müraciət daxil olurdu, amma bu il müraciətlərin sayı 7 minə yaxınlaşıb. Biz onlara müvafiq vakansiyalar təklif edirik. Amma müvafiq iş olmadıqda onlara yardım ayırırıq". 

Son xəbərlər

Orphus sistemi