Səlim Müslümov Qazaxda vətəndaşları qəbul edəcək

Səlim Müslümov Qazaxda vətəndaşları qəbul edəcək Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonlarının sakinləri fərdi qaydada qəbul olunacaq
Sosial müdafiə
17 May , 2016 12:19
Səlim Müslümov Qazaxda vətəndaşları qəbul edəcək

Bakı. 17 may. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qazaxda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, görüş mayın 20-də saat 10:00-da Qazax rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək.

Görüşdə Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonlarının sakinləri fərdi qaydada qəbul ediləcək.

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Qazax, Ağstafa, Tovuz rayonları üzrə (022) 315-71-90, Gədəbəy və Şəmkir rayonları üzrə (022) 305-33-47 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri araşdırılaraq cavablandırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi