Səbail rayonu ərazisində iki yeni mehmanxana tikilir

Səbail rayonu ərazisində iki yeni mehmanxana tikilir Bibiheybət qəsəbəsində "Şıx" ərazisindəki dağ massivində 50 ha sahədə "Ekoloji park"ın yaradılması işlərinə başlanıb
Sosial müdafiə
19 Fevral , 2016 15:30
Səbail rayonu ərazisində iki yeni mehmanxana tikilir

Bakı. 19 fevral. REPORT.AZ/ "Hazırda Səbail rayonu ərazisində "Xəzər Waterfront" ticarət-əyləncə mərkəzinin, Bakı Media Mərkəzinin, yeni "İnterkontinental" və "Dinamo" mehmanxanalarının, Bakı Ali Neft Məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, Səbail İş Mərkəzinin, jurnalistlər üçün yeni binanın tikintisi və İncəsənət muzeyinin əsaslı təmiri davam edir". "Report"un xəbərinə görə, bunu Səbail rayon icra başçısının müavini Eldar Ağayev rayonda görülən işlər barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 2015-ci ilin sonundan etibarən Bibiheybət qəsəbəsində "Şıx" ərazisindəki dağ massivində 50 ha sahədə "Ekoloji park"ın yaradılması işlərinə başlanıb: "Burada 10 min ədəd ağac üçün çalalar qazılıb, əkiləcək ağaclar sifariş olunub. Hazırda bu ərazidə işlər davam etdirilir".   

Son xəbərlər

Orphus sistemi