Bakı. 28 sentyabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində II Dünya müharibəsinə həsr olunmuş l Avrasiya Qadınlar Forumu keçirilib. "Report"un məlumatına görə, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı da foruma qatılıb.
Tədbirdə Avrasiya ölkələri arasında sosial təhlükəsizlik, dayanıqlı və davamlı inkişaf üçün beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub. Forumda qadınların iqtisadi şəraitdə, siyasətdə, cəmiyyətə sosial inteqrasiyada rolu ilə bağlı çıxışlar dinlənilib.
II Avrasiya Qadınlar Forumunun 2018-ci ildə Sankt-Peterburq şəhərində keçirilməsi qərara alınıb.