Sabah Bakının bir neçə rayonunda qaz olmayacaq

Sabah Bakının bir neçə rayonunda qaz olmayacaq Həmçinin, Qəbələ rayonunda və Vəndam qəsəbəsində təbii qazın verilişində fasilələr yaranacaq
Sosial müdafiə
12 May , 2016 18:25
Sabah Bakının bir neçə rayonunda qaz olmayacaq

Bakı. 12 may. REPORT.AZ/ Sabah Bakının bir neçə rayonunda qaz olmayacaq. Bu barədə "Report"a “Azəriqaz” İsrehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, qaz xətti üzərində RDUK200 markalı qaz tənzimləyicinin quraşdırılması, diametri 150 mm-lik siyirtmənin təmiri, yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 13-də saat 09.00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Sabunçu, Ramana qəsəbələrində və Anaşkin adlanan ərazidə, Binəqədi rayonunun 7-8-ci mikrorayonlarında, Nərimanov rayonu ərazisində, eləcə də Qəbələ rayonunda və Vəndam qəsəbəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi