Sabah Azərbaycanda yay vaxtı ləğv ediləcək

Sabah Azərbaycanda yay vaxtı ləğv ediləcək Saatlar bir saat geri çəkiləcək
Sosial müdafiə
24 Oktyabr , 2015 14:43
Sabah Azərbaycanda yay vaxtı ləğv ediləcək

Bakı. 24 oktyabr. REPORT.AZ/ Oktyabrın 25-də saat 05:00-da Azərbaycan ərazisində saatlar bir saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Bu barədə “Report”a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.

Son xəbərlər

Orphus sistemi