​Rusiyada qısa müddətdə 268 min nəfər işini itirə bilər

​Rusiyada qısa müddətdə 268 min nəfər işini itirə bilər İşçilər üçün ən riskli sahə avtomobilqayırma hesab edilir
Sosial müdafiə
5 Avqust , 2016 15:38
​Rusiyada qısa müddətdə 268 min nəfər işini itirə bilər

Bakı. 5 avqust. REPORT.AZ/ Bu ilin əvvəlindən Rusiya Məşğulluq Xidməti İdarəsi tərəfindən 10 mln. insanın çalışdığı müəssisələrdə aparılan monitorinqin nəticəsi göstərib ki, bu müəssisələrdən ilk 6 ayda 276 700 nəfər işdən azad edilib və daha 268 min işini itirmək riski ilə üzləşib. 

"Report"un "Rambler News Service"ə istinadən verdiyi xəbərə görə, məşğulluq idarəsi tərəfindən verilən məlumata əsasən, işini itirmək təhlükəsi ilə üzləşənlərin 59 200 nəfəri Moskvada, 16 500-ü Sankt-Peterburqda, 8 800-ü isə Samara vilayətində yerləşib. 

Rusiyanın sosial-əmək münasibətləri üzrə üçtərəfli komissiyasının materiallarına əsasən, 2 800-ə yaxın müəssisə 346 200 insanın tam gün işləmədiyi və ya qarşılıqlı razılaşma ilə ezamiyyətdə olduğu bildirilir. Materiallara görə, ən çox işini itirmək təhlükəsi yaşanan sektorların başında 107 100 nəfərlə avtomobilqayırma sənayesi gəlir. Dövlət idarəetmə təşkilatları və sosial xidmətlərdə bu kateqoriyadan olan işçilərin sayı 73 100 nəfər təşkil edir ki, bunun da 71 200-nün yaxın 3 ayda işdən çıxarılacağı gözlənilir. İnşaat sektoru isə 35 500 nəfərlə 3-cü sırada yer alıb.

Xatırladaq ki, iyunun sonuna Rusiyada rəsmi işsizlərin sayı illik müqayisədə 0,9% azalaraq 991 300 nəfərə düşüb.

Son xəbərlər

Orphus sistemi