Rəis müavini: "Yaxın vaxtlarda avtobuslarla sərnişindaşımaların təşkili məsələsi köklü surətdə dəyişdiriləcək"

Rəis müavini: "Yaxın vaxtlarda avtobuslarla sərnişindaşımaların təşkili məsələsi köklü surətdə dəyişdiriləcək" “Sürət həddinin aşılmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması məsələsi aktualdır”
Sosial müdafiə
16 Dekabr , 2014 13:45
Rəis müavini: Yaxın vaxtlarda avtobuslarla sərnişindaşımaların təşkili məsələsi köklü surətdə dəyişdiriləcək

Bakı. 16 dekabr. REPORT.AZ/ “Sürət həddinin aşılmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması məsələsi aktualdır”. “Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş DYP İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

“Bu gün sürət həddini 60 km-ni keçməsi İnzibati Xətalar Məcəlləsinə görə tənzimlənir və buna görə 250 manat cərimə nəzərdə tutulub. Avtobus sürücülərinin gün ərzində 8 saatdan artıq işləmələri həqiqətən də çox təhlükəlidir və bu məsələni Nəqliyyat Nazirliyi (NN) ilə bir neçə dəfə müzakirə etmişik. Bununla bağlı NN tərəfindən daşımaların təşkilatçısı nazirlik özü olduğu üçün məsələnin həlli istiqamətində onlar tərəfindən müəyyən addımlar atılır. Yaxın vaxtlarda bu avtobuslarla sərnişindaşımaların təşkili məsələsi köklü surətdə dəyişdiriləcək”, - o deyib.

Son xəbərlər

Orphus sistemi