Ramil Usubovun keçirəcəyi sıra baxışının vaxtı dəyişdirilib

Ramil Usubovun keçirəcəyi sıra baxışının vaxtı dəyişdirilib Sıra baxışının vaxtı aprel ayının 29-na keçirilib
Sosial müdafiə
22 Aprel , 2016 16:00
Ramil Usubovun keçirəcəyi sıra baxışının vaxtı dəyişdirilib

Bakı. 22 aprel. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bu il aprelin 30-na Göyçay Rayon Polis Şöbəsində nəzərdə tutulmuş sıra baxışının vaxtı aprel ayının 29-na keçirilib.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, həmin gün Göyçay, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir və Ağdaş şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələri ilə yanaşı, “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də vətəndaşların qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi