Ramil Usubov polis orqanlarına qəbul üçün gənclər arasında seçim edib - FOTO - VİDEO

Ramil Usubov polis orqanlarına qəbul üçün gənclər arasında seçim edib - FOTO - VİDEO Seçim polis, sıravi və kiçik rəis heyəti vəzifələrinə 50 vakant yer üzrə qəbul aparılıb
Sosial müdafiə
16 Mart , 2016 16:23
Ramil Usubov polis orqanlarına qəbul üçün gənclər arasında seçim edib - FOTO - VİDEO

Bakı. 16 mart. REPORT.AZ/ Daxili işlər naziri general-polkovnik Ramil Usubov Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bərdə Rayon Polis Şöbəsində sıra baxışı keçirib.

"Report"un xəbərinə görə, polis, sıravi və kiçik rəis heyəti vəzifələrinə 50 vakant yer üzrə qəbul aparılıb.

Sıra baxışında Bərdə və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və müddətli həqiqi hərbi xidmət keçmiş, ali, orta ixtisas və tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum edilməmiş, 20-25 yaşlarında Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edib.

Daha sonra nazir Daxili Qoşunların bölgədə yerləşən hərbi hissəsində əsgərlərlə bayram naharında iştirak edib.

Son xəbərlər

Orphus sistemi